NATO-nun mənzil qərargahında keçirilən “Xeyriyyə bazarı”nda Azərbaycan da təmsil olunmuşdur

 

 

 

Noyabrın 17-də Brüsseldə NATO-nun Mənzil Qərargahında NATO “Xeyriyyə bazarı” təşkil olunmuşdur.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən AzərTAc-a verilən məlumata görə, 39 ölkənin iştirak etdiyi “Xeyriyyə Bazarı”nda Azərbaycan milli məhsullardan ibarət stend və milli mətbəxlə təmsil olunmuşdur.

Milli stenddə Azərbaycan xalçaları, ipəkçilik və dulusçuluq məhsulları, gümüş bəzək əşyaları, suvenirlər, içkilər və digər məhsullar satışa çıxarılmışdır. “Xeyriyyə bazarı”nın beynəlxalq restoran hissəsində Azərbaycan mətbəxinin təamları təqdim edilmişdir.

Azərbaycanın milli stendi və milli mətbəxi ziyarətçilərdə böyük maraq doğurmuş və ölkəmizin mədəniyyəti, tarixi və incəsənətinin uğurlu təbliği baxımından faydalı olmuşdur. Tədbir zamanı toplanan bütün vəsait NATO tərəfindən xeyriyyə layihələrinə sərf ediləcəkdir.

Azərbaycanın tədbirdə iştirakı ARDNŞ-in sponsorluğu və Azərbaycanın NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə baş tutmuşdur. “Xeyriyyə bazarı”nda Azərbaycan tərəfindən NATO yanında nümayəndəliyinin, Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları, ARDNŞ-in Brüssel nümayəndəliyi, İslam Əməkdaşlıq Təşkilatının Brüssel nümayəndəliyi və Avropa Parlamentində təcrübə keçən azərbaycanlı gənclər iştirak etmişlər.

Qeyd edək ki, NATO “Xeyriyyə bazarı” 2005-ci ildən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Məqsədi müxtəlif tədbirlər təşkil etməklə xeyriyyə üçün pul vəsaiti toplamaq, həmçinin NATO hərbi heyəti və hərbi nümayəndəlikləri arasında dostluğu möhkəmləndirməkdir.

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında