Gəzdim Azərbaycanı: Bakı-Naxçıvan

 

Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) “Gəzdim Azərbaycanı” layihəsi bu dəfə Azərbaycanın ən səfalı və gözəl yerlərindən biri - möcüzələr diyarı qədim Naxçıvan torpağından bəhs edir.

AzərTAc-ın çəkiliş qrupu muxtar respublikanın bütün bölgələrini qarış-qarış gəzərək sivilizasiyanın beşiyi sayılan bu diyarı kameramızın lent yaddaşına məhz olduğu kimi köçürməyə çalışmışdır.

Videoreportajda bildirilir ki, Naxçıvan möcüzəsinin sübutu olaraq ən çox diqqət çəkən buranın gözəl təbiəti və şəhərin planlı şəkildə qurulması olmuşdur.  Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olan Naxçıvanın yol boyu yeni və müasir tikililəri, xiyabanları, küçə və meydanları, parkları belə sanki usta bir memar əlindən çıxmış kimi səf-səf düzülmüşdür. Naxçıvan səliqə-səhmanı və gözəlliyi yalnız Avropa şəhərləri ilə müqayisə edilə bilər.

Bildirilir ki, hər daşı, qayası belə tarix olan Naxçıvan sanki canlı muzeyi xatırladır. Bu diyarı sivilizasiyanın beşiyi də adlandırırlar. Bura qədimliklə müasirliyin birləşdiyi bir diyardır. Yaşı əsrlərlə ölçülən qədim türbə və tikililər, daş kitabələr, özündə sivilizasiyanın ilkin közərtilərini yaşadan sirli dağlar Naxçıvanın min illərin o üzündə qalmış tarixindən xəbər verir.

Həm yazılı mənbələr, həm də burada aparılan arxeoloji qazıntılar zamanı tapılan materiallar, bu gün də qorunub saxlanılan  neçə-neçə abidələr bir daha sübut edir ki, bu məskənin tarixi 5 min ilə yaxındır.

Qeyd edilir ki, son on ildə burada aparılan tikinti-quruculuq işləri muxtar respublikanı ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevirib. Naxçıvanın iqtisadiyyatı 12,5 dəfə, dövlət büdcəsi 11,7 dəfə artıb, 58 min 460 yeni iş yeri açılıb. Bu gün daha bir gənclik dövrünü yaşayan Naxçıvanın, yeni binaları, qorunub saxlanılan tarixi tikili və abidələri şəhərə misilsiz görkəm verir.

Videoreportajda bir-birinə bənzəməyən, ecazkar təbiəti, rəngləri insanı valeh edən dağlar qoynuna sığınan muxtar respublikanın bölgələrindən geniş bəhs edilir. Həmçinin reportajda meyvə cənnəti Ordubad, payız meşələri göz oxşayan Şahbuz, folkloru ilə yurda, xalqa sədaqət nümunəsi olan Şərur, müasir və qədimliyi özündə birləşdirən Culfa, Sədərək və digər bölgələrin və mehriban, səmimi, qonaqpərvər insanları haqında ətraflı məlumat verilir.

Həmçinin videoreportajda bu muxtar respublikanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və təbiəti, sənaye müəssisələri, yeni tikililəri, müasir park və meydanları, səhiyyə, təhsil, idman, mədəniyyət ocaqları barədə ətraflı məlumat verilir.

Bu videoreportjla və həmçinin Azərbaycanın digər bölgələrindən hazırlanmış tanıtım videoları ilə bu linkdən:  http://azertag.com/the_modernizing_districts  tanış olmaq mümkündür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında