Qafqaz Müsəlmanları İdarəsinin sədrinə Belarus Pravoslav Kilsəsinin birinci dərəcəli “Svyatitel Kiril Turovski” ordeni təqdim edilmişdir

 

 

 

Belarusda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 16-da bütün Belarusun patriarx-ekzarxı, Minsk və Slutsk mitropoliti Filaret ilə görüşmüşdür.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, Belarusun dini lideri onun Minskdə keçirilən “Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu” mövzusunda beynəlxalq elmi-praktik konfransa dəvətini qəbul etdiyinə görə şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirmişdir.

Azərbaycan xalqının və Prezident İlham Əliyevin salamlarını Belarusun dini liderinə çatdıran Allahşükür Paşazadə mitropolit Filareti ölkəmizə səfərə dəvət etmişdir.

Dəvəti məmnuniyyətlə qəbul edən mitropolit Filaret Prezident İlham Əliyev ilə görüşlərini məmnuniyyətlə xatırlatmış, ümummilli lider Heydər Əliyevlə bağlı xoş fikirlərini bildirmişdir. O, Azərbaycanda keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammitinin və digər mötəbər beynəlxalq dinlərarası dialoq tədbirlərinin əhəmiyyətini vurğulamışdır.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Belarus xalqları arasında dostluğun və mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfələr verdiyi üçün mitropolitə minnətdarlığını bildirmişdir.

Qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunduğu görüşdə QMİ sədrinin müavini Sabir Həsənli və Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr İşein də iştirak etmişlər.

Həmin gün keçirilən ziyafətdə mitropolit Filaret dinlərarası əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında sülh və əmin-amanlığın qorunması üçün göstərdiyi səylərə görə şeyxülislam Allahşükür Paşazadəyə Belarus Pravoslav Kilsəsinin birinci dərəcəli “Svyatitel Kiril Turovski” ordenini təqdim etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında