Azərbaycanda dəmir yolu üçün vaqonlar istehsal olunacaq

 

 

 

Yaxın vaxtlarda Azərbaycan Nəqliyyat Nazirliyi İsveçrənin elektrik qatarları istehsal edən “Stadler Rail AG” şirkəti ilə 30 vaqonun alınmasına dair müqavilə imzalayacaq. Trend-in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdir.

 

Nazirin sözlərinə görə, yeni vaqonlar Bakı-Tbilisi-Qars dəmir yolunda sərnişindaşıma üçün istifadə olunacaq:

“Yeni vaqonların alınması üzrə danışıqlar artıq başa çatıb və biz ümid edirik ki, bu şirkətlə əsas müqavilə yaxın vaxtlarda imzalanacaq. Həmin şirkətin sərnişin vaqonları müasirdir və bütün dünya standartlarına cavab verir. Biz, həmçinin bu şirkətin Azərbaycanda zavodunun tikilməsi barədə razılığa gəlmişik”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında