Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilmişdir

 

 

 

Ədliyyə orqanlarının layiqli gənc kadrlarla komplektləşdirilməsi məqsədi ilə mütəşəkkil qaydada davam etdirilən açıq müsabiqələr çərçivəsində noyabrın 16-da növbəti test imtahanı keçirilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə şəffaflığın təmin edilməsi üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş imtahanı yerli və beynəlxalq müşahidəçilər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləmiş, həmçinin, formalaşdırılmış təcrübəyə müvafiq olaraq tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə online rejimində birbaşa yayımlanmışdır.

İmtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur.

İmtahanın yekun nəticələrinə görə 147 namizəd müvəffəqiyyət qazanmışdır.

Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına kömək məqsədi ilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunmuş, test imtahanı və müsahibə mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə, eləcə də namizədin “Yaddaş kitabçası” onlara çatdırılmışdır.

Test imtahanında müvəffəqiyyət qazanmış namizədlər müsahibə mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 09-dan 18-dək Ədliyyə Nazirliyinin kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

Ədliyyə orqanlarına qulluğa qəbul üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır.

Söhbətin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.

Test imtahanının nəticələri haqqında Ədliyyə Nazirliyinin (www.justice.gov.az) və TQDK-nın (www.tqdk.gov.az)  internet saytlarından, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə ətraflı məlumat almaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında