Jan-Pyer ALLALİ: Bakı Beynəlxalq Humanitar Forumunun möhtəşəmliyi Azərbaycanın beynəlxalq aləmdəki yüksək imicinin göstəricisidir

 

 

 

 Bakı Beynəlxalq Humanitar Forumunun möhtəşəmliyi Azərbaycanın beynəlxalq aləmdəki yüksək imicinin göstəricisidir.

  Bu fikri Bakı Forumunun iştirakçısı, Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının icraçı direktoru, dünya assosiativ və həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları ilə əlaqələr komissiyasının sədri Jan-Pyer Allali forumdan aldığı təəssüratı AzərTAc-la bölüşərkən səsləndirmişdir.

  Bu gün də forumun təsiri altında olduğunu vurğulayan Jan-Pyer Allali demişdir: Foruma dəvət olunan senatorlardan, deputatlardan və digər şəxslərdən ibarət 31 nəfərlik Fransa nümayəndə heyətinin tərkibində mən yəhudi icmasını təmsil edirdim. Dünyanın 70 ölkəsindən minə yaxın nümayəndənin yüksək səviyyədə təşkil olunan forumda iştirakını heç vaxt  təsəvvür edə bilməzdim.  Şərqi  və Qərbi Avropadan, Mərkəzi və Latın Amerikasından, ərəb ölkələrindən nümayəndələrin dəvət olunması, müxtəlif ölkələrin 13 sabiq prezidentinin, 12 Nobel mükafatı laureatının, tanınmış ictimai-siyasi xadimlərin bu möhtəşəm forumda iştirakı Azərbaycanın beynəlxalq aləmdə yüksək imicindən xəbər verirdi. Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın mötəbər tədbirin açılışında iştirakı rəsmi Bakının foruma xüsusi önəm verdiyinin əyani təsdiqi idi.

  Plenar iclaslarda müzakirəyə çıxarılan kulturalizm, tolerantlıq, yeni texnologiyaların tətbiqi və digər mövzular aktuallığı ilə diqqəti cəlb etməklə yanaşı, forumun ümumbəşəri mahiyyət daşıdığını göstərirdi.

  Jan-Pyer Allali sözünə davam edərək demişdir: Çox gözəl bir ölkə olan Azərbaycan dünyada yetərincə tanınmır. Hesab edirəm ki, bunun başlıca səbəbi ölkənizin 20 ildən bir qədər artıq dövrdə müstəqillik əldə etməsi və çox gənc olması ilə bağlıdır. İnanıram ki, çox qısa zamanda bütün dünya özünün spesifik xüsusiyyətləri olan və sürətlə inkişaf edən ölkənizi tanıyacaqdır. Fransızların təyyarə ilə dörd saatlıq məsafədə  yerləşən Azərbaycanı yaxından tanımasını arzulayıram.

  Azərbaycana  səfər  çərçivəsində  yəhudilərin yığcam   yaşadıqları Quba və Oğuz rayonlarına baş çəkdiyini deyən forum iştirakçısı onların azərbaycanlılarla və digər etnik qruplarla mehriban və dostluq şəraitində yaşadıqlarının şahidi olduğunu vurğulamışdır: Bu bir həqiqətdir ki, Azərbaycanda yəhudilər istədikləri kimi, sərbəst yaşayır, hər hansı təzyiqə məruz qalmırlar. Bu isə öz növbəsində Azərbaycanın tolerant və dünyəvi ölkə olmasına əyani sübutdur.  

  Jan-Pyer Allali sözünü belə tamamlamışdır: Azərbaycan müasir, fəal və  bəşəri dəyərlərə malik ölkədir.  Bir sözlə, mən ölkənizə qəlbən vurulmuşam.

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında