DSMF-nin internet saytına əhali tərəfindən ünvanlanan sualların sayı artıb

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) özünün internet saytı (www.sspf.gov.az) vasitəsilə əhalini maraqlandıran sualları cavablandırmaqda davam edir. Sayta daxil olan sualların mütəmadi cavablandırılması əhali tərəfindən göndərilən sualların artması ilə müşahidə olunmaqdadır.
Bu barədə DSMF-nin ictimaiyyətlə əlaqələr sektoru məlumat yayıb. Belə ki, bu ilin 6 ayı ərzində saytın "Sual-cavab" altqrupuna ötən ilin analoji dövrü ilə müqayisədə daxil olan müraciətlər 76 faiz çoxalıb. Elektron poçt vasitəsilə göndərilən suallarda toxunulan məsələlər ümumilikdə maarifləndirici xarakter daşıyıb. Göndərilən hər bir sual Fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın "Sual-cavab" altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib.
Cari ilin ilk yarısında sayta göndərilən 1270 sualın 43,7 faizi əmək pensiyaları ilə bağlı olub. Sualların 27 faizi isə sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib. Bundan başqa, "Sual-cavab" altqrupuna daxil olan sualların 8,9 faizi "fərdi uçot" bölməsinə, 6 faizi isə "hərbi qulluqçulara dair pensiya və müavinətlər" bölməsinə aid olub. Sualların 11,1 faizi isə altqrupun "digər" bölməsinə ünvanlanıb.
Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib. Saytın "qonaq" bölməsinə isə 6 ayda ümumilikdə 42 elektron məktub (3,3 faiz) daxil olub.
Qeyd edək ki, DSMF -nin saytında əhalinin maarifləndirilməsi məqsədi ilə "Sual-cavab" altqrupu yerləşdirilmişdir. Altqrupda vətəndaşların öz suallarını çətinlik çəkmədən elektron formada göndərmək üçün 5 (əmək pensiyaları və müavinətlər, fərdi uçot, sosial sığorta haqları, hərbi qulluqçulara dair pensiya və müavinətlər, digər) bölmə yaradılıb. Eyni zamanda, hər bir bölmədə tez-tez verilən suallara ətraflı cavablar yerləşdirilmişdir.
Onu da bildirək ki, vətəndaşların suallarının cavablandırılması həm də Fondun "190" nömrəli mərkəzi çağrış sistemi vasitəsilə də həyata keçirilməkdədir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında