Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar əlavə yeni ştat vahidləri ayrılmışdır

 

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2006-cı ildən başlayaraq davamlı olaraq açıq müsabiqələr keçirilir. Bu isə sayca onuncu müsabiqədir.

Bu sözləri Ədliyyə Nazirliyi Müsabiqə Komissiyasının sədr müavini Rauf Məhərrəmov demişdir. Müsabiqəyə qatılmaq üçün 350 namizəd müraciət etmişdir. Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə müsabiqənin növbəti test imtahanının gedişində ən kiçik məsələlərə belə diqqət yetirilmişdir. Test imtahanına qatılmaq üçün xüsusi formada tərtib olunmuş ərizə ilə müraciət etmək kifayətdir.

R.Məhərrəmov diqqətə çatdırmışdır ki, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar bu səlahiyyətlərin yerinə yetirilməsi üçün əlavə yeni ştat vahidləri ayrılmışdır. Bu günə olan məlumata görə təxminən 200-ə yaxın vakant ştat vahidi mövcuddur. Vakant ştat vahidləri əsasən nazirliyin yerli icra və qeydiyyat qurumlarında, eləcə də regional ədliyyə şöbələrindədir. Bu ştat vahidlərinin komplektləşdirilməsi üçün davamlı müsabiqələr keçirilir.

Qeyd edilmişdir ki, bu, artıq formalaşmış bir təcrübədir. İl ərzində hətta iki müsabiqə keçirilir ki, bu vakant ştat vahidləri komplektləşdirilsin. Ştatlar daim yenilənir və əlavə ştatlar verilir. Artıq kifayət qədər, - 2006-cı ildən hesablasaq, - təxminən 500-ə yaxın namizədi qəbul etmişik.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında