Xaçmaz regional ədliyyə şöbəsi üçün inşa edilmiş yeni inzibati binanın açılışı olmuşdur

 

 

 

Noyabrın 16-da  Xaçmaz şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə şöbəsi üçün inşa edilmiş yeni inzibati binanın açılışı olmuşdur.

Mərasimdə ədliyyə naziri Fikrət Məmmədov, rayon rəhbərliyi, habelə bölgə rayonlarının ədliyyə orqanlarının rəhbərləri və əməkdaşları iştirak etmişlər.

AzərTAc xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.

Sonra tədbir iştirakçıları regional ədliyyə şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olmuşlar.

Məlumat verilmişdir ki, müasir standartlara uyğun, yüksək zövqlə inşa olunmuş inzibati binanın tikintisinə 2012-ci ilin avqustunda başlanılmışdır. Dördmərtəbəli binanın ümumi sahəsi min kvadratmetrdir. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Müasirliyi ilə fərqlənən inzibati binada Xaçmaz regional ədliyyə, rayon icra və qeydiyyat şöbələri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bina müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təchiz olunmuş, o cümlədən elektron sənəd dövriyyəsi, videokonfrans sistemləri, müxtəlif təqdimatlar üçün avadanlıq quraşdırılmışdır.

Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Prezident seçkilərində xalqımızın böyük vətəndaş həmrəyliyi ilə İlham Əliyevi yenidən dövlət başçısı seçməklə Azərbaycanın hərtərəfli sürətli tərəqqisinə, gələcək inkişafına səs verdiyini vurğulamışdır. Nazir dövlətimizin başçısının rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunmuş yüksək nailiyyətlərdən, o cümlədən genişmiqyaslı ədliyyə islahatlarından, bu sahədə infrastrukturun müasirləşməsindən danışmışdır. Bildirilmişdir ki, bölgələrdə regional ədliyyə şöbələri üçün yeni binaların istifadəyə verilməsi ədliyyə orqanlarının təkmilləşdirilməsinə, əhaliyə yüksək  keyfiyyətli hüquqi yardımın göstərilməsinə, yerli hüquqşünasların işlə təmin olunmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir.

Digər çıxışlarda Xaçmaz regional ədliyyə şöbəsi üçün yeni inzibati binanın istifadəyə verilməsinin Azərbaycan ədliyyəsinin 95 illik yubileyinə dəyərli hədiyyə olduğu vurğulanmışdır.

Açılış zamanı, həmçinin müasir İKT-lər tətbiq olunmaqla Şəki regional ədliyyə şöbəsi ilə canlı bağlantı yaradılaraq videokonfrans keçirilmişdir. Bundan başqa, regional şöbənin fəaliyyətində şəffaflığın, vətəndaşların məlumatlılığının təmin edilməsi məqsədi ilə qurumun internet saytı istifadəyə verilmiş, habelə regional ədliyyə şöbəsinə yeni xidməti minik avtomobili təqdim edilmişdir.

Tədbirdə ədliyyə işçilərinə işin yüksək səviyyədə təşkili, fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında