Uzunoba su anbarının ətrafında yeni meyvə bağı salınmışdır

 

Ölkəmizdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət uğurla davam etdirilir. Ekoloji problemlərin həllinə ciddi diqqət yetirən, təbiətin qorunması və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan Prezident İlham Əliyev demişdir: “Bu sahə hamı üçün prioritet olmalıdır. Çünki biz bu torpaqda yaşayırıq, bu havanı uduruq. Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.

Yaşıllıqların artırılmasında və qorunmasında ənənəvi olaraq keçirilən iməciliklərin də mühüm rolu vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 16-da muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilmiş, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yaşıllıq zolaqlarında və meyvə bağlarında çalışmış, yeni tinglər əkmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba su anbarının ətrafındakı ərazidə keçirilən iməcilikdə iştirak etmiş, 3 hektardan çox ərazidə yeni meyvə bağı salmışlar.

Yeni salınan meyvə bağının ərazisi əvvəlcədən texnikanın köməkliyi ilə hamarlanmış, terraslar yaradılaraq ting əkininə hazır vəziyyətə gətirilmişdir. İməcilik zamanı burada 2 mindən artıq yerli şəraitə uyğun meyvə tingləri əkilmiş, ətrafda səliqə-sahman yaradılmışdır. Meyvə bağının suvarılmasında damcı üsulundan istifadə ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmiş, payız iməciliklərində bundan sonra da ting əkinlərinin davam etdirilməsi barədə tapşırıq vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında