"Paşa Sığorta" beynəlxalq idarəetmə standartı üzrə resertifikasiya prosesini başa çatdırmışdır

"Paşa Sığorta" Şirkəti korporativ idarəetmə sisteminin 2008-ci ildə yenilənmiş ISO 9001 beynəlxalq standartının tələblərinə uyğunluğu üzrə resertifikasiya prosesini başa çatdırmışdır.
"Paşa Sığorta" Şirkətinin idarəetmə sisteminin iyul ayında beynəlxalq mütəxəssislər tərəfindən aparılmış auditi onun beynəlxalq idarəetmə standartının tələblərinə uyğunluğunu təsdiqləmişdir. Şirkətin auditi və sertifikatlaşdırılması Britaniyanın Moody International Certification Servises agentliyi tərəfindən həyata keçirilmişdir.
2007-ci ildən etibarən "Paşa Sığorta" Şirkəti sığorta məhsullarının və xidmətlərinin beynəlxalq keyfiyyət idarəetmə standartının tələblərinə uyğunluğu üzrə sertifikatlaşdırılmışdır. Şirkətin yenilənmiş ISO 9001:2008 versiyası üzrə cari resertifikasiyası "Paşa Sığorta"nın yeni sertifikatının idarəetmə standartının tələblərinə uyğunluğuna nəzarət məqsədilə illik audit yoxlamalarının keçirilməsi şərti daxilində 2010-2013-cü illər ərzində qüvvədə olmasını nəzərdə tutur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında