“Qızıl Payız” uğurla başa çatdı, növbədə “Qış möcüzəsi”dir...

 

 

“Azerlotereya” ASC-nin daha bir layihəsi başa çatdı. Oktyabrın 25-də çoxsaylı lotereya həvəskarları “Qızıl Payız” lotereyasının “Space” TV-də canlı yayımlanan tirajını izləməklə maraqlı və həyəcan dolu anlar yaşadılar.

Oyunun qaydalarına uyğun olaraq, əvvəlcə “Nissan Juke” avtomobili oynanıldı və 136340 saylı bilet qalib gəldi. Bu biletin sahibi, Cəbrayıl rayon sakini Ruslan Qasımov “Qızıl Payız” lotereya biletini alarkən bilirdi ki, bu lotereyada yüz faiz uduşlu avtomobillər oynanılır. Bununla belə, çoxları kimi o da “məndə o bəxt hardandır?” deyə, sadəcə bir az pul udmağa iddialı idi. O, heç ağlına da gətirmirmiş ki, tiraj başlar-başlamaz belə bir uduşa sahib olacaq.

Samux rayon sakini Rövşən Yusifov da “Qızıl Payız”la uduş sevincini yaşadı. O, 2 min manat uddu. “Qızıl Payız”dan yüz faiz uduşlu ikinci avtomobil - “KİA RİO” isə Masallı rayon sakini Balakişi Cəfərova qismət oldu. Lotereya həvəskarlarının fərqli zövqlərini nəzərə alan və yüzlərlə evə sevinc gətirən lotereyalarda hazırda sanballı uduşlar oynanılır. “Binqo”da 175 min manat məbləğində “Super Binqo” uduşu, “Klassik Loto” və “Super Loto” lotereyalarında 175 min və 170 min manat məbləğində “Meqa Pot” uduşları, “5/36" lotereyasında 173 min 675 manat məbləğində “Cek Pot”, müxtəlif avtomobillər və digər iri pul uduşları hər birimizin həyatını dəyişməyə qadirdir. Yeri gəlmişkən, “Azərlotereya” ASC tirajların keçirilmə vaxtlarına bir sıra dəyişikliklər edib. Belə ki, “Klassik Loto” və “Super Loto” lotereyalarının “Space” TV-nin canlı efirində nümayiş olunan tirajları artıq axşam saat 21.20-də deyil, 19.30-da başlanır.

Bu payız uduş sevincini yaşayan qaliblərin ovqatlarından görünür ki, onlar qışı da uduş sevinci ilə qeyd etməkdə israrlıdırlar və bunun üçün onların real imkanları var. Belə ki, yeni il ərəfəsi lotereya həvəskarlarının ixtiyarına üç yeni qış layihəsi verilir. İlk olaraq dekabrın 25-də “Qış möcüzəsi” lotereyası “möcüzələri” başlayacaq. Üç turdan ibarət olan bu lotereyada çoxsaylı pul uduşlarından savayı, əsas oyun başlanmazdan və bitdikdən sonra həvəsləndirici turlarda lotereya biletlərinin seriya nömrələri ilə yüz faiz uduşlu “Hyundai Sonata” və “Hyundai Accent” avtomobilləri oynanılır. “Yüz faiz uduşlu” o deməkdir ki, uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf edərsə şarlar yenidən lototrona qaytarılır, yeni uduşlu nömrə müəyyən edilir və bu prosedur avtomobil udulana qədər davam edir. Layihənin reklam sloqanında deyildiyi kimi, “Qış möcüzəsi”ndən “Hyundai Accent” və “Hyundai Sonata” ilə öz möcüzəni reallaşdır!

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında