Aşura günü ilə bağı könüllü qanvermə aksiyaları

 

 

Aşura günü ilə bağı Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları təşkil etmişdir.

AzərTAc xəbər verir ki, qanvermə aksiyaları Bakıdakı V.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutunda, Təzəpir, Bibi-Heybət, Mir-Mövsüm ağa, Qaraçuxur, İçərişəhər Cümə, Hacı Soltanəli, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər Cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər Cümə məscidində təşkil olunmuşdur.

Saat 13:00 -a olan məlumata görə, respublika üzrə 2645 nəfər qanvermə aksiyasında iştirak etmişdir. Bu barədə V.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutun kiliniki diaqnostika laboratoriyasının müdiri Elxan Nağıyev jurnalistlərə açıqlamasında demişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə də Aşura günü ilə bağlı Təzəpir məscidində qan vermişdir. A.Paşazadə jurnalistlərə müsahibəsində bütün müsəlmanlara başsağlığı vermiş, Allahdan bizim şəhidlərimizə Kərbəla şəhidləri ilə birgə rəhmət diləmişdir.

Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə ediləcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında