Jurnalistlər pulsuz müayinə olunurlar

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin təntənəli qeyd olunması ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamın qarşıya qoyduğu vəzifələr müvəffəqiyyətlə həyata keçirilir.
Kütləvi informasiya vasitələrinin əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin aradan qaldırılması, bir sıra qəzetlərin və mətbuat agentliklərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Nəsrəddin Tusi adına klinikanın rəhbərliyi də milli mətbuatımızın 135 illiyi ilə əlaqədar jurnalistlərə öz töhfəsini vermişdir. Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Parlament Jurnalistlər Birliyi və N. Tusi adına klinikanın rəhbərliyinin təşəbbüsü ilə Milli Məclisə akkreditə olunmuş jurnalistlər klinikada pulsuz müayinə olunurlar. Klinikanın rəhbərliyi lazım gələrsə, pulsuz müalicəni də öz üzərinə götürməyə hazır olduğunu bildirib.
Artıq pulsuz müayinə kampaniyasına start verilib.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında