Qazax rayonunda Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

 

Müstəqil Azərbaycan Respublikasının demokratik tələblərə tam cavab verən, ümumbəşəri dəyərləri özündə ehtiva edən Ali Qanununun – Konstitusiyanın qəbul olunmasından 18 il ötür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ötən müddətdə ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarının, sosial ədalət prinsipinin, bir sözlə, hər bir Azərbaycan vətəndaşının normal yaşayış və fəaliyyətinin təminatçısına çevrilmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyini və mövcudluğunu qorumuş Azərbaycan Respublikasının ən böyük tarixi nailiyyəti məhz özünün demokratik, sivil norma və dəyərlərə cavab verən Konstitusiyasını qəbul etməsidir.

Ölkəmizin hər yerində olduğu kimi, Qazax Rayon İcra Hakimiyyətində də Konstitusiyanın 18-ci ildönümü böyük bayram təntənəsi ilə qeyd olunmuşdur. Tədbiri giriş sözü ilə icra hakimiyyətinin başçısı Ayaz Əsgərov açmışdır. Dövlət quruculuğu sahəsində başladığı böyük işi məntiqi şəkildə davam etdirərək müstəqil Azərbaycanın siyasi tarixində yeni bir mərhələnin əsasını qoyan demokratik Konstitusiyasının qəbulunu ulu öndər Heydər Əliyevin Vətəni, xalqı qarşısında ən böyük tarixi xidməti olduğunu diqqətə çatdıran A.Əsgərov  bu ali sənədin ötən illər ərzində Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və əsl vətəndaş cəmiyyətinin tam bərqərar olunması sahəsində misilsiz rol oynadığını bildirmişdir. Qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və xalqımızın yekdilliklə qəbul etdiyi Əsas Qanunumuz siyasi cəhətdən bitkin, hüquqi cəhətdən kamil, dil və üslub baxımından sadə və son dərəcə əhatəli bir ali sənəd olmaqla bərabər, Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəlikləri və ümumbəşəri dəyərləri özündə tam əks etdirir.

Rayon icra hakimiyyəti başçısının müavini  G.Həsənova, Gənclər və İdman İdarəsinin rəisi   V. Nəbiyev,  Çaylı kənd 1 saylı tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi T.Xasməmmədova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri V.Vəliyev Konstitusiyanı xalqımızın keçdiyi tarixi yolun məntiqi nəticəsi kimi dəyərləndirmişlər. Onlar  bu ali sənədin üçdə bir hissəsinin vətəndaş hüquq və azadlıqlarının qorunmasına həsr edildiyini ölkəmizdə insan amilinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu diqqətə çatdırmışlar. Bildirmişlər ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə ayrılması ölkəmizin hüquqi dövlət kimi mövcudluğuna əsas yaradır ki, bu da müstəqilliyimizin əbədi və daimi olmasına başlıca təminatdır.

Hamlet QASIMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında