Şəmkir rayonunda Dövlət Bayrağı Günü qeyd edilmişdir

 

 

 

Noyabrın 9-da Şəmkirdə Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçrilmişdir. Tədbirdə Şəmkir və Gədəbəy rayonları ictimaiyyətinin nümayəndələri, habelə Qarabağ müharibəsi şəhidlərinin, hərbçi ailələrinin uşaqları, Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi və Qovlar şəhər qarışıq tipli orta internat məktəbində tərbiyə olunan uşaqlar iştirak etmişlər.

Tədbir iştirakçıları Dövlət Bayrağı Meydanı və burada yerləşən Bayraq muzeyi, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Onlara dövlət müstəqilliyimizin rəmzi olan dövlət atributları və onların tarixi haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu milli dövlət quruculuğu siyasəti nəticəsində vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır.

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üç rəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində muxtar respublikanın rəsmi bayrağı kimi təsdiq olunmuş, bir qədər sonra, 1991-ci ilin fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilmişdir.

Ölkə başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu ilin sentyabr ayının 1-də Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamına uyğun olaraq, Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı istifadəyə verilmişdir. Hazırda burada Ginnesin rekordlar kitabına düşmüş ən uca dirəkli bayraq dalğalanmaqdadır. Bu, dövlət rəmzlərinə verilən dəyərin bariz nümunəsi olmaqla, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ edilməsi, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyəsində ən mühüm amillərindən biridir.

2013-cü ilin sentyabr ayında Şəmkirdə də Bayraq Meydanı və Bayraq Muzeyi istifadəyə verilmişdir. Şəmkirdə Bayraq Meydanı ilə yanaşı, son illər bir sıra müasir binalar, Heydər Əliyev Mərkəzi, əhalinin istirahətinin yüksək səviyyədə təşkilini reallaşdıran parklar, “Zəka” İntellektual Gənclər Mərkəzi, “Excelsior Hotel Shamkir” mehmanxanası tikilib istifadəyə verilmiş, Alman Lüteran Kilsəsi bərpa edilmişdir. Aparılan abadlıq işlərinin davamı olaraq noyabrın 9-da Şəmkirdə 26 adda tanınmış brendi bir araya gətirmiş “West Gate” (“Qərb Qapısı”) Ticarət Mərkəzi də istifadəyə verilmişdir.

Bayram tədbirlərində iştirak edən Şəmkir və Gədəbəy rayonlarındakı aztəminatlı ailələrdən, hərbçi ailələrindən olan, habelə Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi və Tovuz rayonundakı Qovlar şəhər qarışıq tipli orta internat məktəbində tərbiyə alan uşaqlara Heydər Əliyev parkındakı və “Meqafun” əyləncə mərkəzindəki attraksionlardan pulsuz istifadə etmək imkanı da yaradılmışdır.

Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbir musiqili bayram atəşfəşanlığı ilə başa çatmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında