Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Konstitusiya Günü qeyd olunmuşdur

 

 

 

 Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov tədbiri açıq elan edərək Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik etmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

General-mayor Ş.Sultanov məruzə ilə çıxış edərək bildirmişdir ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə qeyri-sabitlik, xaos və anarxiya hökm sürürdü. İlk növbədə tüğyan edən cinayətkarlığın qarşısının alınması və qanunçuluğun bərqərar olunması vacib idi. Sabitlik və iqtisadi tərəqqinin əsasları yaradılmadan, insan və vətəndaş hüquq və azadlıqları etibarlı təmin olunmadan Azərbaycanın bərpa etdiyi müstəqillik böyük sual, təhlükə altında idi. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev böyük xarizması və peşəkarlığı hesabına xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə bu tarixi missiyasını yerinə yetirmişdir. Tədricən ölkədə ictimai-siyasi sabitlik yaradılmış, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərqərar edilmişdir. Yalnız bütün bunlardan sonra yeni mühüm mərhələnin başlanğıcı, Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi üçün lazımi ictimai-siyasi şərait yaranmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası layihəsinin hazırlanmasını ulu öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirən natiq qeyd etmişdir ki, yeni Əsas Qanun humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratmışdır. Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin edən başlıca amillərdən olaraq milli, mənəvi dəyərlərimizin qorunması və əhalinin rifahının təmin edilməsi üçün geniş imkanlar açmışdır.

Qeyd edilmişdir ki, Konstitusiyanın qəbul olunmasından sonra həyata keçirilən hüquqi islahatlar çərçivəsində bütün hüquq mühafizə orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti Ali Qanunun müddəalarına və bundan irəli gələn tələblərə uyğun təkmilləşdirilmiş, həmin fəaliyyəti tənzimləyən yeni qanunvericilik bazası yaradılaraq, demokratik cəmiyyətdə xüsusi xidmət orqanlarına xas olan funksiyalar müəyyənləşdirilmişdir. Bu sahədə görülmüş tədbirlər, aparılmış islahatlar nəticəsində milli təhlükəsizlik orqanları Azərbaycanı daxili və xarici təhdidlərdən qorumağa qadir olan, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin keşiyində duran çevik və səmərəli struktura çevrilmişdir. Son illər ərzində milli təhlükəsizlik orqanları tərəfindən terror-təxribat, pozuculuq və digər hüquqazidd əməllərin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində görülən işlər, əldə olunan uğurlu nəticələr bunun əyani sübutudur.

General-mayor Şahin Sultanov ulu öndərin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin milli maraq və mənafelərin etibarlı təminatı naminə həyata keçirdikləri mühüm işləri bir daha xatırladaraq bildirmişdir ki, Konstitusiyanın müddəalarının tam reallaşdırılması prosesi bu gün də uğurla davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilir.

Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan, bütün həyati əhəmiyyətli sahələri əhatə edən islahatlar prosesi və artıq əldə edilən böyük nailiyyətlər Azərbaycan dövlətinin parlaq və böyük gələcəyinə olan inamımızı daha da artırır. Bu islahatlar ölkə səviyyəsində bir çox fundamental problemlərin həllinə imkan yaratmaqla yanaşı, həm də respublikamızın dünya birliyinə inteqrasiyasını sürətləndirir, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun yüksəlməsinə gətirib çıxarır.

Ölkə Prezidentinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanması və inkişaf etdirilməsi üzərində qurulmuşdur. Oktyabrın 9-da dövlətimizin başçısı İlham Əliyevin böyük üstünlüklə növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi həyata keçirilən dövlətçilik kursuna xalqın etimadının və inamının ən yüksək ifadəsidir.

Bildirilmişdir ki, ümummilli liderin tarixi qərarı ilə yaradılmış və bu günlərdə özünün 15 yaşını qeyd edəcək MTN-in Heydər Əliyev adına Akademiyasında Konstitusiyamızın qəbul edilməsinin 18-ci ildönümünün qeyd olunması da əlamətdar  hadisədir.

Çıxış edən dinləyici leytenant X.Qələndərli, kursantlar

K.Teymurzadə və R.Zəkiyev Azərbaycan təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin adını şərəflə daşıyan Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını, xalqımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində bundan sonra da Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulamışlar. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında