Türkdilli dövlətlərin və subyektlərin III media forumu başa çatmışdır

 

 

 

Türkdilli dövlətlərin və subyektlərin Bişkekdə keçirilən III media forumu başa çatmışdır. Forumda ölkəmizi Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, yazıçı-publisist Yunus Oğuz, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, “Trend” Agentliyinin baş direktoru İlqar Hüseynov və başqaları daxildir.

İki gün ərzində “Yeni texnologiyaların kütləvi informasiya vasitələrinin formalaşmasına təsiri”, “Nəşriyyat işinin yeni formaları və biznes modelləri”, “Ənənəvi KİV-in yenidən qurulması prosesi və yeni media”, “Sosial media strategiyalarının zəruriliyi məsələləri”, “Türk dünyasında internet: sosial şəbəkələr və yeni texnologiyaların inkişafı”, “Şəxsi həyatın toxunulmazlığı hüququ və informasiya əldə olunması” və digər mövzularda məruzələr dinlənilmişdir.

Forumun iclaslarının birinə Əflatun Amaşov moderatorluq etmişdir. “Türk dünyasının gələcək kütləvi mass-mediası: yeni media vasitələri və sosial medianın səmərəliliyi” mövzusuna həsr olunmuş həmin iclasda çıxış edən Sevil Yusifova müasir Azərbaycan mediası haqqında geniş məlumat vermişdir. O bildirmişdir ki, bu gün Azərbaycanda 500-ə yaxın qəzet və jurnal nəşr edilir, 20-dən çox informasiya agentliyi fəaliyyət göstərir. S.Yusifova Azərbaycanın müasir televiziya və radio məkanı haqqında da ətraflı məlumat vermiş, internet şəbəkəsinin durmadan genişləndiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, ölkə əhalisinin 70 faizi internet istifadəçisidir, facebook istifadəçilərinin sayı isə bir milyona yaxınlaşmışdır.

Forum çərçivəsində Azərbaycanın “Trend” Agentliyi ilə Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında sənəd imzalanmışdır.

Türkdilli dövlətlərin və subyektlərin növbəti media forumunun Şimali Kiprdə keçirilməsi qərara alınmışdır.

 Qulu KƏNGƏRLİ

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında