Təbii fəlakətlə bağlı Azərbaycan Rusiyaya öz köməyini təklif etmişdir

Rusiya Federasiyasının 17 subyektində meşə yanğınları davam edir.
Hazırda ölkə ərazisində 529 yanğın mənbəyi qeydə alınmışdır. Onlardan 70-i daha böyük ərazini əhatə edir. 155 mindən çox yanğınsöndürən və 25 min texnika, o cümlədən 56 təyyarə və vertolyot alovla mübarizə aparır. Alov yaşayış məntəqələrini və meşələri əhatə etmişdir. Təbii fəlakət nəticəsində həlak olanların sayı 40 nəfəri ötmüşdür.
Rusiya Prezidenti Dmitri Medvedev 7 subyektdə fövqəladə vəziyyət elan etmişdir. Fövqəladə vəziyyət Mari El Respublikasında, Mordoviyada, Vladimir, Voronej, Moskva, Nijeqorodsk və Ryazan vilayətlərində tətbiq edilmişdir. Yanğınlar nəticəsində Rusiya büdcəsinə 6,5 milyard rubl ziyan dəymişdir.
Təbii fəlakətlə bağlı Azərbaycan öz köməyini Rusiyaya təklif etmişdir. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedevin qəbulunda fövqəladə hallar naziri Sergey Şoyqu məlumat vermişdir.
D.Medvedev Rusiya ərazisində yanğınların söndürülməsi ilə bağlı Azərbaycan və Ukraynanın yardım təklifinin qəbul edilməsi üçün sərəncam vermişdir. Azərbaycanın yanğınsöndürən texnikası avqustun 4-də Rusiyaya yola düşəcəkdir. Sergey Şoyqunun sözlərinə görə, onların konkret hansı ərazilərdə alovla mübarizə aparacağı artıq müəyyənləşmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında