Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilmişdir

Avqustun 3-də Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının 2-ci iclası keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
İclasda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat naziri Binali Yıldırım, Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvili həyata keçirilən işlər barədə məlumat vermiş, layihənin region ölkələri üçün əhəmiyyətindən danışmış, Bakı toplantısının layihənin icrasında əhəmiyyətini diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, layihə yeni əlaqələrin yaranmasında, strateji xəttin genişlənməsində bölgə üçün xüsusi yer tutur və Qafqazda barışığa, iqtisadi inkişafa zəmin yaradacaqdır. Layihədə nəzərdə tutulan işlərin 2011-ci ilin sonunda tam başa çatdırılması nəzərdə tutulmuşdur. Bütövlükdə dəmir yolu xətti 2012-ci ilin ortalarında istifadəyə veriləcəkdir.
İclasda Qars-Axalkalaki sahəsində tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və inşaat işlərinin vəziyyəti, vaqonların Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər, Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolunun tikintisi zamanı yerüstü işlərin aparılmasında SNİP standartlarından istifadə edilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdə dəmir yolu layihəsi üzrə müvafiq sənədlər imzalanmış və KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında