Azərbaycanın müdafiə nazirinin cəbhə bölgəsinə səfəri davam edir

 

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri,

general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Zakir Həsənovu Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.

 Səfər çərçivəsində şəxsi heyətlə görüşlər və hərbi hissələrlə tanışlıq davam edir.

 Zabit heyəti ilə keçirilən müşavirə və görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işlərindən, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələrdən danışılmış, xidməti məsələlər müzakirə edilmişdir.

 Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkən Azərbaycan Respublikasının müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi yerlərdə mövcud vəziyyətlə tanış olmuş, təmas xəttində döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşmüşlər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov növbəti rütbələr verilmiş, medal və qiymətli hədiyyələr təqdim olunmuş hərbi qulluqçularla xatirə şəkli çəkdirmişdir.

 Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında