Binəqədi rayonunda Dövlət Bayrağı Günü və Konstitusiya Günü ilə bağlı tədbir keçirilmişdir

 

 

 

 

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Günü ilə əlaqədar nitqi və bu günün tarixi haqqında qısa məlumatdan ibarət videoçarx nümayiş olunmuşdur.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Dövlət Bayrağı Gününün qeyd edilməsinin ölkəmizdə dövlət atributlarına diqqət və ehtiramın bariz nümunəsi olduğunu vurğulamışdır. Natiq ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq, respublikamızda son illərdə bütün sahələrdə hüquqi islahatların geniş vüsət almasının insan hüquqlarının daha səmərəli təmininə zəmin yaratdığını diqqətə çatdırmışdır.

 

Azərbaycanın dövlət bayrağının tarixindən danışan başçı bildirmişdir ki, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilmişdir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.

Xaləddin İsgəndərov demişdir ki, 1995-ci il noyabrın 12-də ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycan tarixində yeni bir səhifə açmışdır. Tarixi zərurət kimi qəbul edilmiş Əsas Qanunumuz gələcək illər ərzində dövlətimizin siyasi, iqtisadi və sosial inkişafının hüquqi əsaslarını təsbit etmişdir.

Yığıncaqda Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev  çıxışlarında   üçrəngli bayrağımızın Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920) milli atributlardan biri olduğunu, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edildiyini xatırlatmış, ölkə Prezidenti  İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamına əsasən, hər il  noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində qeyd edildiyini  diqqətə çatdırmışlar. Natiqlər dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulamış, gənclərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamışlar.

Çıxışçılar həmçinin müstəqil dövlətimizin ilk Konstitusiyası barədə də ətraflı  danışmış, insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasının dövlətimizin əsas prioritet məqsədləri sırasına daxil edildiyini xatırlatmışlar.

Milli Məclisin deputatları  Madər Musayev və Rafael Cəbrayılov yığıncaqda iştirak etmişlər.

Tədbirdə Azərbaycana, müstəqilliyə və dövlət bayrağına həsr olunmuş kompozisiya ifa edilmişdir.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında