Xətai rayonunda Dövlət Bayrağı Günü

 

Xətai rayonunda Dövlət Bayrağı Günü geniş qeyd edilmişdir. Bu münasibətlə rayonun 500-ə yaxın məktəbli gənci Dövlət Bayrağı Meydanına getmiş, Dövlət Bayrağı Muzeyində olmuşdur.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov məktəblilər qarşısında çıxış edərək iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, dövlətin mühüm atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin rəmzi olunmasından danışmışdır. Qeyd etmişdir ki, üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış, 70 il sonra - 1990-cı il noyabr ayının 17-də Naxcıvan Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yenidən qaldırılmışdır.

 

Z. Əkbərov daha sonra vurğulamışdır ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Həmin sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmişdir. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan etmişdir. 2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə olunmuşdur. Həmin əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmuş və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.

İlqar RÜSTƏMOV,

 Rafiq SALMANOV (foto),

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında