Ermənistanın heç bir məhsulu Azərbaycana idxal oluna bilməz

 

 

 

Ermənistanda istehsal edilən heç bir məhsul Azərbaycana idxal oluna bilməz.

Bu sözləri jurnalistlərə müsahibəsində Dövlət Gömrük Komitəsinin  (DGK) sədri Aydın Əliyev demişdir.

Aydın Əliyev bildirmişdir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün gömrük orqanlarının üzərinə böyük məsuliyyət  düşür. Vahid ticarət prinsipinin tətbiqindən başlayaraq, sərhədyanı gömrük nəzarət orqanlarında səhiyyə və fitosanitariya sahəsində mütəxəssislər fəaliyyət göstərirlər. Ölkəmizə daxil olan bütün məhsulların mənbəyi və keyfiyyəti araşdırılır.

A.Əliyev bildirmişdir ki, eyni zamanda, Azərbaycanın gömrük orqanları müqabil tərəflərlə daim statistik məlumatlar mübadiləsi aparır. Bundan əsas məqsəd ölkəyə daxil olan məhsulların həcmi və yeri ilə bağlı tam məlumatlı olmaqdır. Bu, təkcə xəstəliyə aid deyildir. Ümumiyyətlə, Ermənistan ilə ölkəmizin xarici ticarəti yoxdur və belə bir vəziyyətdə bu heç vaxt ola da bilməz.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında