Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qubada bölgə sakinlərini qəbul etmişdir

 

Sentyabrın 8-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qubadakı Heydər Əliyev Mərkəzində şimal bölgəsinin sakinlərini qəbul etmişdir.

Komitənin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Abşeron, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilmişdir.

Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən torpaq islahatı zamanı pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin meşə fonduna aid ərazilərə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi, Dövlət Aktlarının qaimələrində torpağın mövcud keyfiyyət göstəricisinə uyğun düzəlişlərin aparılmaması, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan mübahisələr və digər məsələlərlə bağlı olmuşdur.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər komitənin əməkdaşları tərəfindən araşdırılaraq qurumun səlahiyyətinə aid məsələlərin həlli üçün müvafiq rayon və şəhər şöbələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə əlaqədar qurumlara göndərilmək üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında