Azərbaycanın NATO ilə birgə əməliyyatlar üçün müəyyən etdiyi taborun briqada strukturuna keçidi gələn il yekunlaşacaq

 

 

Azərbaycanın NATO ilə birgə əməliyyatlar üçün müəyyən etdiyi Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) briqada strukturuna keçidi istiqamətində işlər gələn il yekunlaşacaq.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirmişlər.

Cari ilin oktyabr ayında taborun özünüqiymətləndirmə təlimi keçirilmişdir. Təlimdə tabor yüksək hazırlıq səviyyəsi nümayiş etdirmişdir. 2014-cü ilin may ayında NATO ekspertləri tərəfindən taborun ikinci səviyyəli qiymətləndirilməsi keçiriləcək. 2014-cü ilin sonuna qədər taborun briqadaya çevrilməsinə hazırlıq işləri başa çatdırılacaq.

Yeni briqadanın tərkibinə Silahlı Qüvvələrin sülhməramlı taborunun da daxil edilməsi planlaşdırılır.

OCC briqadası NATO qüvvələri ilə birgə əməliyyatlar aparmaq üçün Alyansa üzv ölkələrin sahib olduğu müasir rabitə vasitələri, avadanlıqlar, habelə silah və hərbi texnika ilə təchiz olunacaq.

Qeyd edək ki, Azərbaycan NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə əvvəlcə bölük səviyyəsində qüvvə ayırmışdır. 2010-cu ilin avqust ayından isə bu tabor səviyyəsinə çatdırılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında