Dövlət agentliyi jurnalistlər üçün müsabiqə keçirir

 

 

Son zamanlar ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir.

Xatırladaq ki,  bu sahədə mövcud  potensialdan səmərəli istifadəni təmin etmək məqsədlə  dövlət başçısı İlham Əliyevin 2013-cü il 1 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. Ötən müddətdə agentlik tərəfindən bu sahədə ilk pilot layihələrin icrasına start verilmiş, Qobustan şəhərində yaradılmış hibrid stansiyada günəş, külək və bioqaz enerjisinin istehasılna  başlanılmışdır.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi  “Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin potensialı, istifadə imkanları, üstünlükləri, görülmüş işlər və perspektivlər” mövzusunda  jurnalist müsabiqəsinə start vermişdir.  Müsabiqənin məqsədi ölkəmizin kütləvi informasiya vasitələrində  əhalinin müvafiq sahə üzrə maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilib respublikamızda tətbiqi imkanlarının araşdırılması, ətraf mühitin, ekoloji vəziyyətin sağlamlaşdırılması, “yaşıl” texnologiyanın, təbii ehtiyatlardan səmərəli istifadənin təbliği, bu istiqamətdə dövlətimizin  siyasəti, ölkəmizdə həyata keçirilən tədbirlər və görülən işlərlə bağlı  ictimaiyyətin məlumatlandırılmasıdır. Xatırladaq ki, müsabiqənin şərtləri ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin www.area.gov.az saytından ətraflı tanış olmaq olar.

 Yazı və telesüjetlər təcrübəli mütəxəssislər qrupu tərəfindən bu meyarlara əsasən  qiymətləndiriləcəkdir. Bu zaman mövzuların əhatəliyi, elmi-təcrübi istinadların,  faktların düzgünlüyü, materialın oxucu üçün informasiyalılıq və maarifləndiricilik səviyyəsi,  yazının və reportajın dil və üslub xüsusiyyətləri, fikrin aydın ifadəsi, eləcə də jurnalist araşdırmasının, əsaslandırmaların inandırıcılığı,  jurnalist təkliflərinin sanbalı, obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti xüsusi nəzərə alınacaqdır.  Yeri gəlmişkən, müsabiqənin qalibləri üçün I yer- 1000 manat, II yer- 800 manat, III yer- 500 manat məbləğində mükafat, həmçinin 300, 200, 100 manat məbləğində üç həvəsləndirici mükafat nəzərdə tutulmuşdur. Qaliblər müvafiq diplomla da təltif olunacaqlar. Yazılar və telesüjetlər 1 noyabr 2013-cü ildən 15 yanvar 2014-ci il tarixədək agentliyin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektoruna  şəxsən, yaxud poçt vasitəsi ilə  təqdim olunmalıdır.

Xatırladaq ki, müsabiqə qaliblərinin elanı və mükafatların təqdimatı 2014-cü il fevralın 1-də  dövlət başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmasının, əsasnamə və strukturunun təsdiq edilməsinin bir ilinin tamam olduğu gün keçiriləcəkdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında