Səlim KUMBARACI: “Azərbaycan ön sırada yer alır”

 

 

 

Səlim Kumbaracı, Şimali Kipr Türk Cumhuriyyəti, Kipr Türk İnformasiya Agentliyinin (TAK) müdir müavini: Bu, mənim Bakıya ikinci gəlişimdir. İlk dəfə olaraq, ölkənizə mərhum prezidentimiz Rauf Denktaşın səfəri zamanı gəlmişdim. Bakının çox inkişaf etdiyini gördüm.

Azərbaycanın artıq öz insanına da kapital yatırdığını müşahidə etdim. Sevindirici haldır ki, Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında ön sırada yer alır.           III Bakı Beynəlxalq Humanitar Forumunda maraqlı və səmərəli fıkir mübadiləsinin şahidi olndum. Forumda müxtəlif ölkələri təmsil edən media mütəxəssisləri ilə birgə medianın bugününü və gələcəyini müzakirə etdik. Bildiyiniz kimi, müasir dövrdə rəqəmli (digital) texnologiya sürətlə yayılmaqdadır. İnternet gündəlik həyatımızın bir parçasını təşkil edir. Əksər insanlar bu gün  sosial mediadan (facebook, twitter) fəal yararlanırlar. Artıq  xəbərlər daha çox sosial media vasitəsilə ictimaiyyətə çatdırılır. Bu gün əksər gənclərin  sosial media istifadəçisi olması bir reallıqdır. Onlar xəbərləri ilk növbədə oradan izləyirlər. Bəzən sosial mediada yanlış, həqiqətdən uzaq xəbərlərin yayımlanmasına da rast gəlirik və bu özü problem yaradır. Məncə, bu cür xoşagəlməz olayların qarşısının alınması məsələsi müzakirə edilməli, hüquqi prosedur tapılmalıdır. Müasir medianın inkişaf istiqaməti onu deməyə əsas verir ki, 15-20 il sonra çap mediasına, xüsusilə də kağız qəzetlərə tələbat olmayacaq. İnsanlar ölkədə və dünyada baş verən yenilikləri ipad, noutbuk, mobil telefonlar vasitəsilə internetdən əldə edəcəklər. İnternetin inkişafı və genişlənməsi məhdud informasiya şəraitində olan ictimaiyyətə yeni və bol informasiyalarla tanış olma imkanları təmin edir.

Bu gün internet medianın və sosial medianın inkişafı onu göstərir ki, informasiya bolluğu şəraitində həm də yanlış xəbərlərə rast gəlmək mümkündür. Bu baxımdan problemlər yaranır. Bunların qarşısını almaq üçün media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar xalqa doğru bilgi verməli, ictimaiyyəti düzgün məlumatlandırmalıdırlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında