Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası

 

 

Noyabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir.

Dövlət Neft Fondundan AzərTAc-a bildirmişlər ki, iclasda MHŞT-nin Azərbaycanda Tətbiqinə dair Yeni Memorandumun hazırlanması üzrə işçi qrup tərəfindən 2013-cü ildə Sidneydə keçirilmiş MHŞT üzrə VI Qlobal Konfrans çərçivəsində qəbul olunmuş  və MHŞT Standartına uyğunlaşdırılmış Yeni Memorandumun layihəsi Çoxtərəfli Qrupa təqdim edilmişdir. İclasda müzakirələr aparılmış və sənəd üzrə əsas məqamlara dair müvafiq razılıq əldə olunmuşdur. Tədbirdə Memorandumun layihəsi üzrə işlərin davam etdirilməsi qərara alınmışdır.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk ölkədir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olmasına və Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.

AzərTAc

 

pan las�NU�7�p. mso-ansi-language:EN-US'>hərinin, Abşeron, Qubadlı, Zəngilan rayonlarının sakinlərini qəbul edəcəkdir.

 

Vətəndaşların qəbulu saat 9:30-da başlanacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında