Azərbaycanın müdafiə naziri cəbhə bölgəsinə səfər etmişdir

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq məqsədilə cəbhə bölgəsinə səfər etmişlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkmiş, mövcud vəziyyətlə tanış olmuş, təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirmişdir.

Fərqlənən bir qrup hərbçiyə növbəti rütbələr verilmiş, medal və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 Təmas xəttində olan bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təminatı, silah və sursatla təchizatının vəziyyəti öyrənilmişdir.

Komandir heyətinin məruzə və təklifləri dinlənilmiş, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verilmişdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında