Sumqayıtda Dövlət Bayrağı Günü qeyd edildi

 

“Bayrağımız bizim canımızdır, ürəyimizdir”- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi bu fikirlər Sumqayıtda Dövlət Bayrağı Günü münasibətilə düzənlənən bayram tədbirində iştirakçıların sürəkli alqışları iə qarşılanmışdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri, ziyalılar, ictimaiyyətin bütün təbəqələrinin  nümayəndələri  Dövlət Bayrağı Meydanında keçirilən bayram tədbirinə toplaşmışdılar. Son illərdə yaradılmış bu meydanda göylərə  millənən Azərbaycan bayrağı qürurla dalğalanırdı. 

Mərasim aktyorların ifasında bədii təqdimatla başlandı. 1990-cı ilin noyabrında -   Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan düz 70 il sonra ulu öndərimiz Heydər Əliyevin böyük cəsarəti sayəsində ilk dəfə Naxçıvanda rəsmi dövlət tədbirinin keçirildiyi salona gətirilən  üçrəngli, ay-ulduzlu bayrağımızın milli şərəf və ucalıq rəmzi, mühüm dövlət atributu olduğu vurğulandı. Vətən, millət haqqında poetik duyğular dilə gətirildi.

Uşaq və gənclərdən ibarət xorun ifasında doğma yurdumuzun gözəllikləri, vətənpərvərlik və qəhrəmanlıq mövzularında mahnılar təqdim olundu.

Sonra şəhər məktəblərinin “Cəsurlar”dan ibarət komandaları hərbi marş sədalarının müşayiətilə meydandan keçdilər.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”nin  bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında