Azərbaycanın dövlət sərhədini pozduqları üçün 28 nəfər saxlanılmışdır

 

 

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən cari ilin oktyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 24 halda 28 nəfər saxlanılmışdır. Onların 11-i Azərbaycan, 10-u Özbəkistan, 3-ü Əfqanıstan, 2-si Türkiyə, biri İran, biri isə Tacikistan vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 halda 26 nəfər, Xəzər dənizində 34 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 254 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 4 kiloqram 296,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Oktyabrın 5-də “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən İran vətəndaşları Dehasi Yusif Hüseynin üzərindən 17, Səfəri Çodmand Məhbubun üzərindən isə 20 “Metadon” həbi, oktyabrın 19-da “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Astara rayon sakini Ağayeva Esmira Səməd qızının üzərində gizlətdiyi 48,2 qram heroin və 1,7 qram tiryək, oktyabrın 24-də isə həmin sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçən Lənkəran rayon sakini Həbibova Mehri Xaliq qızının üzərində gizlətdiyi 133 qram heroin aşkarlanaraq götürülmüşdür.

Oktyabrın 31-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində iki İran vətəndaşının 3,1 kiloqram tiryəki və bir kiloqram marixuananı dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Sərhəd pozucuları əllərindəki narkotik vasitəni hadisə yerində ataraq geriyə - İran ərazisinə qaçmağa müvəffəq olmuşlar.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 40 halda ümumi dəyəri təqribən 67,8 min manat olan qaçaqmal, o cümlədən 3 pnevmatik tapança, 4,5 millimetrlik pnevmatik avtomat, ov tüfəngi üçün 4,3 kiloqram qırma, 50 kiloqram barıt, 131 patron, 8 dəyənək, 9 qandal, 7 beşbarmaq, minaaxtaran 3 cihaz, 21,5 kiloqram zinət əşyaları, 3259 qutu siqaret, 80 mobil telefon, müxtəlif dərman preparatları, spirtli içki və digər istehlak malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında