Yokota Murakami Takayuki: Naxçıvanda gördüklərim yaddaşımdan uzun müddət silinməyəcəkdir

 

 

Bu, mənim Azərbaycana ikinci, Naxçıvana isə ilk səfərimdir. Mən Naxçıvanı gəzərkən zəngin təəssüratlarım yaranmışdır. Təbiət, dağlar və qarşıda gördüyümüz  Araz çayı qəribə bir vəhdət yaradır. İnsanlarınızın dostyana münasibəti və mehribanlığı da diqqəti çəkir.

Bu sözləri AzərTAc-a müsahibəsində Yaponiyanın Osaka Universitetinin professoru Yokota Murakami Takayuki demişdir.

Professor qeyd etmişdir ki, biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Muzeyində olduq. Qeyd etməliyəm ki, Heydər Əliyevin həyatı və fəaliyyəti barədə bu muzeyin zəngin ekspozisiyası ziyarətçilərə kifayət qədər məlumat verir. Naxçıvandakı qədim tarixi ənənələrdən xəbər verən abidələr isə, yəqin ki, mənim yaddaşımdan uzun müddət silinməyəcəkdir. XII əsrdə belə bir möhtəşəm abidəni - Möminə xatın türbəsini inşa edən xalqın qədim memarlıq və arxitektura ənənələrinə sahib olduğu şəksizdir.

Bütün bunlar bu gün Azərbaycanın yüksək səviyyədə inkişafının təsadüfi olmadığını göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında