Səbail rayonunda ümumrayon iməciliyi keçirilmişdir

 

 

Səbail rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı növbəti genişmiqyaslı iməcilik rayon icra hakimiyyətinin, təsərrüfat və digər  xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Bakı şəhərinin cənub-qərb girişi  olan “Şıx” yaşayış sahəsində, Salyan yolu boyunca keçirilmişdir.

İməclik ərəfəsində  hazırlıq işləri görülmüş,  lazımi miqdarda ləvazimat toplanılmış, ağacların suvarılması üçün 5 min  metr uzunluğunda yeni xəttlər çəkilmiş, dekorativ ağac və gül kolları alınmışdır. İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılmış, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmişdir. “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yaşıl ot qatı salınmış,   ağac və dekorativ kollar əkilmişdir. Əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır.

Keçən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış “Dostluq parkı”nın ərazisində veloparkın yaradılması məqsədilə abadlıq işləri aparılmış, 20 mindən çox Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir. İməcilikdə burada min ağac əkilmiş, 7 min kvadratmetr sahəyə qazon otu səpilmişdir. Əvvəl əkilmiş  5 min  ağaca qulluq göstərilmiş, təmizlik işləri aparılmış,  ağaclar suvarılmışdır.

Yol kənarlarında əkilən ağaclar ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi istiqamətində görülən işlərə yeni töhfə olmuşdur.

İlin sonuna kimi rayonda ərazinin yaşıllaşdırılması, onlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında