Beynəlxalq Avrasiya Mətbuat Fondu məcburi köçkünlərlə bağlı layihənin icrasına başlamışdır

 

 

 

 Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ Dövlət Departamentinin Məcburi Köçkünlər və Miqrasiya Bürosunun maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində məcburi köçkünlərin daha sıx məskunlaşdığı Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında  yeni layihənin icrasına başlamışdır.

Bu barədə AzərTAc-a BAMF-ın sədri Umud Rəhimoğlu məlumat vermişdir. U.Rəhimoğlu demişdir ki, “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədi ilə yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi bir il davam edəcəkdir. Layihənin məqsədi məcburi köçkünlərə müvafiq xidmətlər göstərən QHT-lərin və icma əsaslı təşkilatların təlimlər və digər tədbirlər vasitəsilə potensialının gücləndirilməsi, maliyyə və qeyri-maliyyə xidmətlərinin təmin olunması vasitəsilə məcburi köçkünlərin peşə bacarıqlarının artırılması, biznesin inkişafına dəstək olmaqla sosial şəraitlərinin yaxşılaşdırılması, müxtəlif mədəni tədbirlərin və ya görüşlərin keçirilməsi ilə məcburi köçkün və məcburi köçkün olmayan şəxslər arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsidir. 

U.Rəhimoğlu bildirmişdir ki, Azərbaycan Hökuməti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun artırılması istiqamətində xeyli işlər görmüşdür. O, bu sahədə BAMF-ın həyata keçirdiyi tədqiqatların nəticələrindən və əldə edilən təcrübədən də danışmışdır. Əldə olunan uğurlarda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının fəaliyyətini xüsusi vurğulayan U.Rəhimoğlu məcburi köçkünlərin sosial reinteqrasiyası, onların peşə vərdişlərinin gücləndirilməsi, yeni salınmış qəsəbələrdə iş yerlərinin artırılması, xüsusən ailə başçısını itirmiş kimsəsiz qadınların hələ də köməyə ehtiyacları olduğunu bildirmişdir.

U.Rəhimoğlu demişdir ki, bu məqsədlə layihə çərçivəsində qeyd edilən rayonların hər birindən bir QHT ilə işləyəcəyik. Məcburi köçkünlərə hüquqi yardımın göstərilməsi məqsədi ilə konsultasiya mərkəzlərinin yaradılması, QHT-lərin maddi-texniki bazasının gücləndirilməsi, icmanın səfərbər olması üçün sessiyaların keçirilməsi, məcburi köçkünlərə kömək üçün əlaqələndirmə-kommunikasiya mexanizmlərinin inkişaf etdirilməsi, onların peşə vərdişlərinin artırılması, kiçik biznesin yaradılması və inkişaf etdirilməsi istiqamətində təlimlərin keçirilməsi, məcburi köçkünlərlə yerli icma sakinləri arasında reinteqrativ işlərin aparılması, problemlərin aradan qaldırılması üçün yerli hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə ümumşəhər görüşləri təşkil olunacaqdır. Daha sonra peşə təlimlərini başa vurmuş məcburi köçkünlərə kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə güzəştli mikrokreditlər təklif ediləcəkdir. Bu məqsədlə “Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı tərəfindən qiymətləndirmə aparılacaqdır. Bir il davam edəcək layihə çərçivəsində ailə başçısını itirmiş, aztəminatlı məcburi köçkün ailələrin kiçik və orta biznes sahələri yaradılacaqdır.

Layihənin hazırlanmasına dəstək vermiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı onun son qiymətləndirilməsi və monitorinqini həyata keçirəcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında