“Silk Way” Aviaşirkəti MMC-nin əməkdaşları barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

 

 

 

“Silk Way” Aviaşirkəti MMC-nin “Ground Handling Company” filialı əməkdaşının qanunsuz hərəkətlərə yol verməsi barədə material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

Cəmiyyətin “Ground Handling Company” filialının transfer və sərnişinlərə xidmət üzrə agenti Elmin Novruzovun, xidmətin sabiq əməkdaşı Mirzəli Quliyev ilə əvvəlcədən əldə etdikləri razılaşmaya əsasən 3 min ABŞ dolları müqabilində sonuncunun tanışları olan İran İslam Respublikasının 4 vətəndaşının və digər 2 şəxsin vizasız və hazırladıqları saxta minik talonları əsasında “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-London istiqamətində uçan təyyarəsi ilə ölkə ərazisini qanunsuz tərk etmələrinə şərait yaratmaqla cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan E.Novruzov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifədən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Quliyev isə həmin məcəllənin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında