Binəqədidə jurnalistlərlə görüş

 

 

 

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfransda media orqanlarının baş redaktorları və təmsilçiləri, Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirmişdir ki, RİH-lərlə keçirilən birgə tədbirlər artıq ənənəvi xarakter almışdır. Bu da nəticə etibarilə media və icra strukturları arasında qarşılıqlı əməkdaşlığı dinamik şəkildə genişləndirir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamış, bu yöndə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun səmərəli fəaliyyətindən geniş bəhs etmişdir. O bildirmişdir ki, fond təkcə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına yox, digər icra strukturlarının dəstəyi ilə də layihələr həyata keçirir.

Binəqədi RİH-in başçısı Xaləddin İsgəndərov rayonda görülən geniş abadlıq-quruculuq işlərindən danışaraq bildirmişdir ki, rayon rəhbərliyi bu tədbirlərin, eləcə də problemlərin işıqlandırılması istiqamətində media ilə qarşılıqlı əməkdaşlığa ciddi əhəmiyyət verir.

Media və icra strukturları arasında şəffaf əməkdaşlığı korlayan mətbu orqanlara, reket jurnalistikasına toxunan Vüqar Səfərli bildirmişdir ki, belə nəşrlər medianın gördüyü işlərə də kölgə salır. Onların yazdıqlarının heç bir təsir dairəsi yoxdur. Məqsədimiz odur ki, Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlar jurnalistikanın adına xələl gətirən işlərlə deyil, peşəkar fəaliyyətlə məşğul olsunlar.

 Konfrans diskussiyalarla davam etdirilmiş, bir sıra maraqlı mülahizə və təkliflər səslənmişdir.

T.AYDINOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında