Roma Papası Azərbaycana, Allahşükür Paşazadə isə Vatikana dəvət olunmuşdur

 

 

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Roma

Papası Fransiski Azərbaycana dəvət etmişdir.

APA -nın məlumatına görə, QMİ sədri A. Paşazadənin Bakıda səfərdə olan Roma Papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri, Kardinal Can Franko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bu təklif səsləndirilmişdir.

“Mən sizinlə ilk dəfədir, görüşürəm, buna görə də Papanın seçilməsi münasibətilə Sizi, Sizin vasitənizlə isə Vatikanı təbrik edirəm. Mən çox arzu edərdim ki, Roma Papası Azərbaycana gəlsin. Mən onu rəsmi olaraq Azərbaycana dəvət edirəm. Yəqin ki, bizim dövlət səviyyəsində də bu dəvət olacaq”, - deyə A.Paşazadə bildirmişdir.

 A. Paşazadə özünün də Vatikana getmək arzusunda olduğunu demişdir.

 Öz növbəsində, kardinal A. Paşazadəni Vatikana dəvət etmişdir. Kardinal bildirmişdir ki, onlar Şeyxülislamın Vatikana səfər etməsində maraqlıdırlar: “Bu səfər ikitərəfli əlaqələr üçün çox mühümdür”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında