Heydər Əliyev Mərkəzinin direktoru Küveyt Dövlətinin medalı ilə təltif olunmuşdur

 

 

 

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Küveyt Dövlətində mərkəzin təşkil etdiyi konkur yarışına görə Küveyt Atçılıq Federasiyasının medalı və təşəkkür plaketi ilə təltif olunmuşdur.

Heydər Əliyev Mərkəzinin idmanın inkişafına dəstək layihəsi çərçivəsində bu il martın 7-də təşkil olunan turnirdə 147 idmançı iştirak etmişdir. Yarış Küveytdə yaşayan azərbaycanlıları özündə birləşdirən “Vətənsevər” Dostluq Cəmiyyəti və “Küveyt-Azəri” müəssisəsi ilə birgə Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi ilə keçirilmişdir.

Tədbir çərçivəsində qonaqlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olmuş, onlara ümummilli lider haqqında ərəb və ingilis dillərində kitablar təqdim edilmişdir.

 AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında