Moldova ombudsmanı Aureliya Qriqoriuya “Tarixi imza” beynəlxalq mükafatı təqdim edilmişdir

 

 

 

Bir neçə ay əvvəl Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Moldova ombudsmanı Aureliya Qriqoriuya məktubla müraciət edərək Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirmiş, ona əməkdaşlıq təklif etmişdir. Moldova ombudsmanı ATXƏM-in təklifini qəbul edərək təşkilatla hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirmişdir.

AzərTAc xəbər verir ki, əməkdaşlıqla bağlı razılığa əsasən ATXƏM noyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində Aureliya Qriqoriu ilə QHT nümayəndələrinin, jurnalistlərin və ziyalıların görüşünü təşkil etmişdir. 

ATXƏM-in sədri İlham İsmayılov görüşdə bildirmişdir ki, Yerevanda keçirilən Ümumavropa Konfransında ombudsman Aureliya Qriqoriunun Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və Xocalı qətliamını ermənilərin törətməsi və bunun beynəlxalq aləmdə soyqırımı kimi tanınması barədə çıxışı onun insan hüquqlarına nə qədər hörmətlə yanaşdığını sübut edir.

İ.İsmayılov təəssüflə bildirmişdir ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı aktından 20 ildən çox vaxt keçməsinə baxmayaraq, insan hüquqları ilə məşğul olan təşkilatlar bu qətliama siyasi maraqları çərçivəsində və ya erməni lobbisinin təsiri altında münasibət bildirmişlər. Bu yanaşma özlüyündə insan hüquqları təşkilatlarına inamsızlıq yaratmaqla, ombudsmanların iş prinsipinə də mənfi təsir göstərmişdir. Moldovalı ombudsmanın Azərbaycanın haqq işi ilə bağlı mövqeyi isə təqdirəlayiqdir. 

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova demişdir ki, ölkəmizin həqiqətləri ilə bağlı indiyədək Aureliya Qriqoriu kimi açıq çıxış edən olmamışdır. O bildirmişdir ki, moldovalı ombudsman rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməmiş, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımının törədildiyini söyləmişdir. Bu fikirlərinə görə o, təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalmışdır. E.Süleymanova Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyə görə həmkarına təşəkkürünü bildirmişdir.

Daha sonra A.Qriqoriuya insan hüquqlarını, xüsusilə də Azərbaycanın haqq işini cəsarətlə müdafiə etdiyinə görə ilk dəfə yaradılan “Tarixi imza” beynəlxalq mükafatı təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında