Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi keçiriləcək

 

 

 

Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi və Sloveniya Müdafiə Nazirliyi tərəfindən dekabrın 22-də İkinci Dünya Müharibəsi zamanı Sloveniya torpaqlarının azadlığı uğrunda faşizmə qarşı döyüşən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinin keçirilməsinə dair birgə qərar qəbul olunmuşdur.

Səfirlikdən  APA -ya verilən məlumata görə, bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 Sloveniya Poçtu və “Azərmarka” şirkəti tərəfindən Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr edilmiş poçt markasının, sloven yazıçısı Peter Amalettinin Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun qisası” adlı 2 cildlik romanının təqdimatı, həmçinin iki sənədli “Təxəllüsü Mixaylodur” və “Rus batalyonu” adlı filmlərin nümayişi keçiriləcək. Bundan başqa, Azərbaycan tərəfindən M.Hüseynzadənin dəfn edildiyi yerdə yeni memorial kompleksinin açılışı da nəzərdə tutulur.

 Qeyd edək ki, noyabrın 17-də M.Hüseynzadənin həlak olduğu Vitovlye kəndindən dəfn edildiyi Çepovan kəndinədək (17,8 km) onun xatirəsinə həsr olunmuş marafon keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında