Redaksiyanın poçtundan MİNNƏTDARLIQ

 

 

 

 

Müasir Azərbaycan öz müstəqilliyinin

20 ili ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir. Bu gün müstəqil ölkəmizin ictimai-siyasi və sosial həyatında davamlı yeniləşmə baş verir. Müstəqil Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş, bəşəri, demokratik dəyərlərin üstün tutulduğu sivil dövlətlərindən birinə çevrilir.

Mən də otuz ilə yaxındır ki, respublikamızın aparıcı istehsal sahələrindən olan neft sənayesi sahəsində çalışıram. Bir neçə il bundan öncə ürəyimdə olan kəskin ağrılarla əlaqədar ağır cərrahiyyə əməliyyatına məruz qaldım. Əməliyyatdan sonra həkimlər mənə vaxtaşırı müayinə olunmağı məsləhət gördülər.

Son iki ildə “Premium Assistance” (sığorta) şirkətinin əməkdaşlarının, o cümlədən “Xəstə qəbulu xidməti”nin rəisi Anar Vaqif oğlu Kərimovun şəxsi qayğısı sayəsində mən müntəzəm olaraq “Mərkəzi Neftçilər Xəstəxanası”nda, “Mərkəzi Klinik Xəstəxana”da, “Modern Hospital”da müalicə alıram.

Bu ilin may ayında bel nayihəmdə olan kəskin ağrılarla əlaqədar yenidən yuxarıda adıçəkilən “Premium Assistance” (sığorta) şirkətinə müraciət etməli oldum. Bu dəfə də “Xəstə qəbulu xidməti”nin rəisi Anar Vaqif oğlu Kərimov öz qayğısını məndən əsirgəməyərək məni müayinə olunmaq üçün “Baku Medical Plaza” klinikasına yönəltdi. Mən orada bel nayihəmdən iki dəfə cərrahi əməliyyat olundum.

Hazırda mən yenidən ürəyimdə olan ağrılarla əlaqədar “Mərkəzi Neftçilər Xəstəxanası”nın Kardiologiya şöbəsində müalicə alıram, elə bu sətirləri də palatadan yazıram.

Uzun müddət Azərbaycan neft sənayəsində çalışmış bir işçi olaraq şəxsən özümün və ailə üzvlərimin adından  “Premium Assistance” (sığorta) şirkətinin bütün əməkdaşlarına, o cümlədən şəxsən Anar Kərimova eləcə də, “Mərkəzi Neftçilər Xəstəxanası”nın  Kardiologiya şöbəsinin həkim və tibb personalına öz dərin və sonsuz minnətdarlığımı bildirirəm.

Fərəməz Əmiraslan oğlu Abbasov

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında