Moldovalı Ombudsmana ikitərəfli əməkdaşlığa görə fəxri fərman və xatirə medalı təqdim olunmuşdur

 

 

Noyabrın 1-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili  Elmira Süleymanova Moldova parlamentinin vəkili (Ombudsmanı) Aureliya Qriqoriu ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Moldova ombudsmanlar institutları arasında insan hüquqlarının müdafiəsi üzrə ikitərəfli müqavilə çərçivəsində görülən işlər barədə məlumat verilmişdir.

Elmira Süleymanova bildirmişdir ki, Moldovanın Ombudsman təsisatı ilə uzun illəri əhatə edən əməkdaşlıq mövcuddur. Son illər bu əməkdaşlıq daha intensiv şəkildə davam etdirilir.

 A.Qriqoriunun Ermənistanda keçirilən konfransda məlum çıxışını diqqətə çatdıran E.Süleymanova demişdir ki, moldovalı Ombudsman rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməmiş, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımının törədildiyini demişdir. Bu fikirlərinə görə o, təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalmışdır.

E.Süleymanova Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyə görə həmkarına təşəkkürünü bildirmiş,  Moldova parlamentinin vəkilinin Ermənistanda hüquqlarının pozulması ilə bağlı bəyanat yaydığını diqqətə çatdırmışdır.

Moldovalı Ombudsman Avropada fəaliyyət göstərən bir çox təşkilatların Dağlıq Qarabağda baş vermiş hadisələrdən xəbərsiz olmalarını, məlumatı olanların isə mövzudan yayınmağa çalışdıqlarını bildirmişdir.

Görüşdə Aureliya Qriqoriuya ikitərəfli əməkdaşlığa və cəsarətinə görə fəxri fərman və xatirə medalı təqdim olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında