Moldovalı ombudsman Aureli Qriqoriu Milli Məclisin Fəxri medalı ilə təltif edilmişdir

 

Oktyabrın 31-də Milli Məclisin sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş Moldova Respublikasının Ombudsmanı Aureli Qriqoriu ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və Ermənistan parlamentində çıxış edərək rəsmi Yerevanın azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq siyasətini kəskin tənqid etdiyinə görə Azərbaycan xalqı adından qonağa mənnətdarlığını bildirərək demişdir ki, sizin bu çıxışınızdan sonra ermənilər tərəfindən təzyiq və təqiblərə məruz qalmağınız onların terrorçu mahiyyətini bir daha göstərmişdir.

Bildirilmişdir ki, işğalçı ölkənin parlamentində səsləndirdiyiniz fikirlər və qətiyyətli çıxışınız sizin ombudsman institutuna sadiqliyinizi və ədalətli müvəkkil olduğunuzu göstərmişdir.

Sonra O. Əsədov insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalını Aureli Qriqoriuya təqdim etmişdir.

Səmimi görüşə və fəaliyyətinə Azərbaycan parlamenti tərəfindən verilən yüksək qiymətə görə minnətdarlığını bildirən qonaq demişdir ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmiş, 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüşdür. Bu faktdır və ədaləti bərpa etmək üçün bu fakt Ermənistan parlamentində səsləndirilmişdir. Öz fəaliyyətində daim ədalət prinsiplərinə əsaslandığını bildirən A.Qriqoriu diqqətə çatdırmışdır ki, ermənilərin təhdidlərinə baxmayaraq onu dəstəkləyənlərin də sayı çox olmuşdur.

Xanım ombudsman demişdir ki, Ermənistanın işğalçı dövlət olması gec-tez açıq şəkildə söylənməli idi. 

Görüş səmimi söhbət ilə davam etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında