Həştərxan nümayəndə heyəti Azərbaycanda səfərdədir

{nl}

Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın rəhbərliyi ilə meriya nümayəndələrindən, KİV-lərin rəhbərlərindən, həmçinin jurnalistlər arasında keçirilmiş "Xəzər arzusu" beynəlxalq müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Nərimanov Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, 4 günlük səfər çərçivəsində qonaqlar bir sıra dövlət strukturlarında görüşlər keçirəcək, Azərbaycanın görməli yerləri ilə tanış olacaqlar.
Avqustun 2-də Həştərxan vilayətinin nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuşdur.
Şəhidlər Xiyabanına gələn qonaqlar Vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində nümayəndə heyəti nazir Hüseynqulu Bağırovla görüşmüşdür. Görüşdə qonaqlara Azərbaycanda həyata keçirilən ekoloji layihələr haqqında ətraflı məlumat verilmiş, bildirilmişdir ki, bu sahədə əldə olunan nailiyyətlər ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədardır.
Nümayəndə heyətinin rəhbəri Tatyana Yusupova ölkələrimiz arasındakı dərin əlaqələrdən danışmış, qeyd etmişdir ki, belə görüşlər ətraf mühitin mühafizəsi, problemlərin birgə həlli məsələsində əməkdaşlığın genişləndirilməsinə təkan verir.
Tədbirdə, həmçinin iki ölkənin KİV-ləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Nərimanov Rayon İcra Hakimiyyətində keçirilmiş görüşdə 2006-cı ildə qardaşlaşmış rayonlar elan olunmuş Bakının və Həştərxan vilayətinin Nərimanov rayonları arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanmışdır. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqlara rayon haqqında ətraflı məlumat vermiş, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələrdən danışmışdır.
Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupova Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqla danışmışdır. Bildirilmişdir ki, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün böyük işlər görülmüşdür. Qeyd edilmişdir ki, Azərbaycan ilə Rusiya arasında müasir əlaqələrimiz ümummilli lider Heydər Əliyevin dövründə başlanmış və bu gün Prezident İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə qaldırılmışdır.
Görüşdə qardaşlaşmış rayonlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında