Uşaqlara sağlam gələcək!

 

 

Bu günlərdə Bakıda “Autizmə qalib gəl” çağırışı altında keçirilmiş konfrans uşaqların qüsursuz nitqi, normal ünsiyyəti ilə bağlı mövcud problemə cəmiyyətin diqqətini bir daha cəlb etdi. Konfransın təşkilatçısı “Ritm danışma mərkəzi” Turkiyə mütəxəssisləri ilə birgə əməkdaşlıq əsasında uşaqlarda kəkələmənin və digər nitq qüsurlarının aradan götürülməsi istiqamətində səmərəli fəaliyyət göstərir.

Mərkəzin direktoru Şəlalə Quliyeva konfransın açılışında bildirdi ki, uşaq autizmi geniş yayılan beyin xəstəliklərindən biridir.Belə uşaqlar göz təmasından qaçır, ünsiyyət qurmur, qəribə hərəkətlər edirlər. Təbabət, pedaqogika və psixologiya bu sindromun mualicəsini mümkün edir.

Konfransda Autizm Beynəlxalq Tədqiqat İnstitutunun Turkiyə nümayəndəsi, görkəmli alim , doktor Cem Kınacı autizmin səbəbləri , yaranma mexanizmi və  müalicəsi barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, bu xəstəlik beyindəki anormal qan axımı , zədə , infeksiya , peyvəndə qarşı həssaslıq, qızdırma nəticəsində müşahidə olunur. Zəhərlənmiş mühit də genlərdə dəyişiklik yaradır. Autizmin müalicəsi ekoloji saflığa, təbii qidalara, təmizlənməyə, oksigen terapiyasına  yönəldilməlidir. Xəstə uşaqlar fərdi və qrup məşğələlərə cəlb edilməlidirlər.

Konfransda gündəmdə olan bir sıra məsələlərə də aydınlıq gətirildi.

R. TAHİR , “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında