Sabirkənddə yeni kənd mərkəzi istifadəyə verilmişdir

Ordubad rayonunun Sabirkənd kəndində yeni inzibati bina - kənd mərkəzi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərkəzdə fəaliyyət göstərəcək kollektivləri təbrik etmişdir. Sədr demişdir ki, mərkəz Sabirkənd inzibati ərazi dairəsini əhatə edən iki kənddəki 325 evə, 1700-ə yaxın əhaliyə xidmət edəcəkdir. Burada icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, 8 kəndi əhatə edən baytarlıq məntəqəsi, rabitə evi, polis sahə məntəqəsi, kitabxana, mədəniyyət evi fəaliyyət göstərəcəkdir. Sabirkənd inzibati ərazisinə daxil olan Sabirkənd və Baş Dizə kəndləri tamamilə telefonlaşdırılmış, qazlaşdırılmış, elektrik təsərrüfatında əsaslı təmir işləri aparılmış, içməli su problemi həll olunmuşdur. Bu gün isə yeni kənd mərkəzi əhalinin istifadəsinə verilir.
Ali Məclisin sədri digər yaşayış məntəqələri kimi, burada da torpaqların özəlləşdirilərək kənd camaatına paylandığını, Sabirkənd inzibati ərazi dairəsi üzrə 313 nəfərin dövlət büdcəsindən əmək haqqı, pensiya və müavinət aldığını bildirərək demişdir: "Bunlar imkan verir ki, insanlar həm torpaqdan səmərəli istifadə etməklə, həm də dövlət büdcəsindən aldıqları əməkhaqqı, pensiya və müavinətlə öz yaşayış səviyyələrini yaxşılaşdıra bilsinlər. Belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Kənddə yeni məktəb binası tikiləcək, yola asfalt salınacaqdır. Əminik ki, kənd mərkəzində fəaliyyət göstərəcək dövlət təşkilatları buraya müraciət edəcək insanlara yaxşı xidmət göstərəcək, yaradılmış şəraitdən istifadə edərək, Sabirkənd inzibati ərazi dairəsinin fəaliyyətini nümunəvi bir səviyyəyə qaldıra biləcəklər".
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yeni kənd mərkəzinə baxış keçirilmişdir.
Müasir standartlar səviyyəsində inşa olunan bina iki mərtəbədən ibarətdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında