Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko Binəqədi Rayon İcra Hakimiyyətində olmuşdur

 

 

 

Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının  (SMİF) və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə səmti müəyyənetmə idman növü üzrə açıq respublika çempionatı keçirilmişdir.

Çempionatda qalib komandanın rəhbəri, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko və SMİF-in prezidenti Mirəli Kazımov Binəqədi Rayon İcra Hakimiyyətində icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla görüşmüşlər.

Görüş zamanı səfir Aleksandr Mişenko və SMİF-in prezidenti Mirəli Kazımov çempionatın təşkilində göstərilən dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Görüşdə həmçinin bu idman növünün yeni yaranmasına baxmayaraq, qısa zamanda respublikamızda  geniş əhali kütləsi, xüsusilə yeniyetmə və gənclər arasında yayılmağa başladığı qeyd edilmişdir.

Binəqədi rayonunda keçirilən bu çempionata müxtəlif yaş qruplarından olan orta məktəb şagirdləri qatılmışlar. Səfir özünün də bu idman növünə olan marağından danışaraq  federasiya ilə mütəmadi əlaqədə olduğunu, tədbirlərdə aktiv iştirak etdiyini və sözügedən idman növünün yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, çətin anlarda dərhal və məntiqə əsaslanan qərarlar qəbul etmək vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.

Görüş zamanı Binəqədi rayonunda da bu idman növünün təbliği və inkişaf etdirilməsi istiqamətləri ilə bağlı  fikir mübadiləsi aparılmışdır.

Qonaqlar  Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında elektron hökumətə keçidlə əlaqədar  yaradılmış texniki imkanlar və iş şəraitilə də tanış olmuşlar.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında