“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda regional təlim keçirilmişdir

 

 

 

Oktyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iştirakçıları salamlamışdır.  Bildirmişdir ki, təlim Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və UNESCO-nun birgə layihəsi çərçivəsində MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzeylərin idarə olunması - XXI əsr: UNESCO/İCOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü” regional təlimlərinin davamı olaraq təşkil edilmişdir.

Günay Əfəndiyeva demişdir ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Bu əlaqələrin genişləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın əvəzsiz xidmətləri vardır.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirmişdir ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Rusiya Federasiyasının muzey direktorları iştirak edirlər. Belə tədbirlərin ölkəmizdə keçirilməsinin çox önəmli olduğunu vurğulayan Sevda Məmmədəliyeva qeyd etmişdir ki, bu cür treninqlər gələcəkdə də davam etdiriləcəkdir.

Tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, AMEA-nın vitse-prezidenti, akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, Azərbaycan, Belarus, Ermənistan, Moldova respublikaları və Rusiya Federasiyası üzrə UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Moreva Lyubava və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva regional təlimin əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, regional tematik təlimin məqsədi yerli tarixi-etnoqrafiya muzeylərinin sosial rolunun gücləndirilməsi, muzeylərin ekspozisiya-sərgi fəaliyyətinə müasir standartların tətbiqi və muzey işçilərinin işinin yaxşılaşdırılması, keyfiyyətli muzey xidmətlərinin göstərilməsidir.

 Qeyd olunmuşdur ki, muzeylər arasında əməkdaşlıq və informasiya mübadiləsi, muzey işi sahəsində mütəxəssislərin hazırlanması, peşə etikası məsələlərinin daimi müzakirəsi çox vacibdir.

Tədbirdə muzeylərin ümumdünya mədəni dəyərlərinin mühafizəsi və bu sahədə hər hansı qanunsuz fəaliyyətin qarşısının alınması yolları ətrafında müzakirələr aparılmışdır.

Rəsmi hissənin sonunda xatirə şəkli çəkdirilmişdir.

Sonra treninq iştirakçıları “Ekosfera” Sosial-Ekoloji Mərkəzdə “Qeyri-maddi mədəni irsin qorunması - muzey və yerli icma” və “İnteraktiv tədris muzeyi” mövzularında sessiyalara qatılmışlar.

Tədbir başa çatdıqdan sonra treninq iştirakçıları Şəki şəhərinə yola düşmüşlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında