Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti NATO-nun Brüsseldəki mənzil-qərargahında olmuşdur

 

 

 

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən  verilən məlumata görə, Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti Şimali Atlantika

Alyansının İctimai Diplomatiya Bölməsinin proqramında iştirak etmək üçün NATO-nun  Brüsseldəki mənzil-qərargahında olmuşdur.

ADA-nın nümayəndə heyətinə diplomatiya və beynəlxalq münasibətlər üzrə bakalavr və magistr proqramının (MADIA) 31 tələbəsi daxil olmuşdur.

İkigünlük səfərin birinci günündə tələbələrə Şimali Atlantika Alyansının ekspertləri tərəfindən NATO tərəfdaşlıqları, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər sahələr üzrə brifinqlər verilmişdir. Həmçinin Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin əməkdaşları ilə görüş təşkil edilmişdir.

Səfərin ikinci günündə ADA-nın nümayəndə heyəti Azərbaycanın Belçikadakı səfirliyində, Konrad Adenauer Stiftung Beyin Mərkəzində və BMT-nin Avropa üzrə Regional İnformasiya Ofisində təşkil edilmiş görüşlərdə iştirak etmişdir. Tələbələr brifinq və görüşləri maraqla qarşılamış, interaktiv sessiyalarda fəallıq göstərmişlər.

ADA nümayəndə heyətinin Brüsselə səfəri NATO-nun İctimai Diplomatiya Bölməsinin və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi ilə baş tutmuşdur.

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında